Mərkəzi Bank 2026-cı il mayın 1-nə 22 bankın cəmi aktivlərini 57,3 milyard manat, cəmi öhdəliklərini 49,6 milyard manat göstərib.
Hesabata görə, ölkədə 30,6 milyard manat kredit, 17,6 milyard manat əmanət qeydə alınıb.
Medianews.az xəbər verir ki, kreditlərin 23,2 milyard manatı Bakının payına düşüb. Başqa bölgələr üzrə statistika belədir: Abşeron-Xızı – 1,2 milyard manat, Gəncə-Daşkəsən – 928,4 milyon manat, Lənkəran-Astara – 661,8 milyon manat, Quba-Xaçmaz – 646,5 milyon manat, Mərkəzi Aran – 621,2 milyon manat, Şəki-Zaqatala – 619,7 milyon manat, Qazax-Tovuz – 579,6 milyon manat, Qarabağ – 566,4 milyon manat, Naxçıvan – 495,1 milyon manat, Şirvan-Salyan – 429,6 milyon manat, Mil-Muğan – 410,2 milyon manat, Dağlıq Şirvan – 205,7 milyon manat, Şərqi Zəngəzur – 32,9 milyon manat.
Əmanətlərin 15,5 milyard manatı Bakıda qoyulub. Qalan bölgələr belə sıralanır: Abşeron-Xızı – 669,7 milyon manat, Gəncə-Daşkəsən – 286,5 milyon manat, Quba-Xaçmaz – 168,7 milyon manat, Lənkəran-Astara – 155,2 milyon manat, Şəki-Zaqatala – 154,6 milyon manat, Mərkəzi Aran – 150,1 milyon manat, Qazax-Tovuz – 142 milyon manat, Qarabağ – 111,5 milyon manat, Naxçıvan – 104,1 milyon manat, Şirvan-Salyan – 81,6 milyon manat, Dağlıq Şirvan – 54,4 milyon manat, Mil-Muğan – 52,2 milyon manat, Şərqi Zəngəzur – 1,1 milyon manat.