Gəncə şəhərində yük maşını dərin xəndəyə düşərək hərəkəti çətinləşdirib.
Medianews.az bildirir ki, metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin ən iri bazarlarından biri olan "Dubay" bazarı adlanan ərazidə baş verib.
Belə ki, ağırtonnajlı yük avtomobili yolda əmələ gələn dərin xəndəyə düşüb. Maşın saatlarla həmin vəziyyətdə qalıb. Hadisə səbəbindən digər maşınların və piyadaların ərazidə hərəkəti çətinləşib. Təhlükəli vəziyyət bir neçə saat davam edib.
İlkin ehtimala əsasən, son günlər Gəncə şəhərinə yağan intensiv yağışlardan sonra yolda bir neçə çökmə baş verib. Fakt araşdırılır.