Medianews.az
2026-2030-cu illərdə Azərbaycanda bu sahə
119 baxış

2026-2030-cu illərdə Azərbaycanda bu sahə inkişaf etdiriləcək

2026-2030-cu illərdə Azərbaycanda pambıq emalı sənayesi inkişaf etdiriləcək.

Medianews.az Oxu24.com-a istinadla  xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə, əsasən iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub.

Eyni zamanda azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.

Bizə qoşulun