Medianews.az
Azərbaycanda bu valyutanın məzənnəsi ən yüksək səviyyəyə çatdı
136 baxış

Azərbaycanda bu valyutanın məzənnəsi ən yüksək səviyyəyə çatdı

Rusiya rublu dollara nisbətdə olduğu kimi manata nisbətdə də güclənir.

Medianews.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 100 Rusiya rublu yanvarın 5-də 2.1157 manata bərabər olub.

Yanvarın 22-də kurs 2.2139 manata, aprelin 14-də 2.2320 manata, aprelin 30-da 2.2701 manata yüksəlib.

Mayın 5-də Azərbaycanda 2.2836 manata satılan 100 Rusiya rublu bir həftə sonra - ayın 12-də 2.3056 manata qalxıb.

Mayın 19-da isə 100 Rusiya rublu 2,3386 manata bərabərdir. Göründüyü kimi, bu, il başlanandan bəri Azərbaycanda rublun ən yüksək kursudur.

Medianews.az qeyd edir ki, Rusiya rublu hazırda dollara nisbətdə də ən yüksək səviyyəyə qalxıb.

2026-cı ilin may ayının 12-də Rusiya Mərkəzi Bankı 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq 1 dolların rəsmi məzənnəsini 74 rubldan aşağı müəyyən edib. Mayın 16-da isə birjadankənar bazarda dolların məzənnəsi 73 rubldan az olub.

Mayın 19-da Rusiya Mərkəzi Bankı 1 dolların rəsmi məzənnəsini 72,35 rubla endirib. Bu, son bir ildə Rusiya valyutasının dollar qarşısında təxminən 10 faiz möhkəmlənməsi deməkdir. Ümumiyyətlə 2023-cü ilin əvvəlindən bəri Rusiyada 1 dolların rəsmi məzənnəsi heç vaxt bu qədər aşağı, yəni 72,35 rubl olmayıb.

Medianews.az

Bizə qoşulun