Çində 76 yaşlı qadın 16 yaşlı əkiz qızlarının gələcəyini təmin etmək üçün bloqerliyə başlayıb.
Medianews.az xəbər verir ki, o, illər əvvəl yeganə övladını itirdikdən sonra 60 yaşında süni mayalanma yolu ilə ana olub və Çində ən yaşlı doğum edən qadın kimi tanınıb.
Həyat yoldaşını itirdikdən və böyük məbləğdə dələduzluq qurbanına çevrildikdən sonra o, internetdə canlı yayımlar etməyə başlayıb. Hazırda onun sosial şəbəkə hesablarını yüz minlərlə insan izləyir.
Haylin əsasən uşaq tərbiyəsi, yemək reseptləri və sağlamlıq mövzularında paylaşımlar edir. O bildirib ki, ana olmaqdan hər zaman qürur duyur və qızlarının gələcəyi üçün çalışmağa davam edəcək.
Medianews.az

