Medianews.az
“Deputat vəsiqəsini qoyub getsin, öz maaşı o qədər çoxdur ki, başqalarını gözü görmür” -
299 baxış

“Deputat vəsiqəsini qoyub getsin, öz maaşı o qədər çoxdur ki, başqalarını gözü görmür” - ETİRAZ

“Günay Ağamalı özünə görə düz danışır. Niyə görə? Çünki o deputatdır, o maaşla başqalarını gözü görmür. Deputat pulu onun gözünü tutub. Hər mövzuya öz prizmasından yanaşır. Bu tək Günay Ağamalıya yox, əksər deputatlara da aiddir. Ona görə də elə adamlar deputat ola bilməz. Əgər cəsarəti varsa deputat vəsiqəsini qoyub getsin. Bizdə istefa söhbəti yoxdur, amma bu birinci ola bilər. Bu jesti məncə etsin”. Bunu Medianews.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.

O daha sonra əlavə edib:

“O cavan adamdır. Hələ ki, “duza gedir”. O hələ ki, uşaqdır. Nə başa düşür ki, deputat nədir, uşaqpulu nədir, uşaq nədir? Həyatı başa düşmür axı. Ona görə mən deyirəm ki, orta məktəbi bitirən uşaqlar universitetə daxil olmamalıdır. 1 il istehsalatda işləyib, sonra universitetdə oxumalıdırlar. Onda həyata tamam başqa cür baxırsan. Evlənəndə də sən başa düşürsən ki, niyə bu addımı atırsan?! 15-16 yaşında qızlar ailə həyatı qurur, o nə qanır ki, ailə nədir?” deyə kinoşünas bildirib.

Aydın Kazımzadə bu mövzunun sosial şəbəkələrdə böyük müzakirələr yaratdığını bildirib:

“Sosial şəbəkədə müzakirə edirlər, mənfi rəylər yazırlar. Amma onun atasına toxunmaq lazım deyil. Çünki o artıq rəhmətə gedib. Fəzail Ağamalının çıxışlarına baxmışam, çox ağıllı, fəsarətli çıxışları var. İş görməyən, iclasdan-iclasa əl qaldıran deputatların maaşlarını azaltmaq lazımdır. Çünki fəaliyyətsizlikləri ilə gündəmə gəlirlər. 2-3 nəfərdən başqa hamısı orada yuxulayır” deyə Aydın Kazımzadə bildirib.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun