Medianews.az
WUF13-ün bağlanış mərasimindən maraqlı görüntülər -
148 baxış

WUF13-ün bağlanış mərasimindən maraqlı görüntülər - VİDEO

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qapanış mərasimindən görüntülər yayılıb.

Medianews.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən gələn rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Qapanış mərasimində forum çərçivəsində əldə olunan nəticələr, şəhərsalma və davamlı inkişaf sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Rəsmi məlumatlara görə, WUF13 çərçivəsində on minlərlə iştirakçı forumun sessiyalarına qatılıb və urbanizasiya, təhlükəsiz şəhərlər, dayanıqlı icmalar və mənzil məsələləri əsas müzakirə mövzuları olub.

Qeyd edək ki, WUF13-ün bağlanış mərasimi bu gün Bakı Olimpiya Stadionunda keçirilib.

Həmin görüntüləri təqdim edirik.

Müşfiqə Bayramova
Medianews.az




Bizə qoşulun