Medianews.az
Bu tərəvəzi masaj edərək
83 baxış

Bu tərəvəzi masaj edərək yetişdirirlər

Yaponiyada xüsusi şəraitdə yetişdirilən Yubari kral qovunları yüksək qiymətləri ilə diqqət çəkir.

Medianews.az  xəbər verir ki, bu qovunlar xüsusi istixanalarda nəzarət altında yetişdirilir. Məlumata görə, hər bir qovun böyümə mərhələsində işçilər tərəfindən əl ilə qulluq edilir və hətta “masaj” edilərək forması və keyfiyyəti qorunur. Bu üsul qovunun üzərindəki naxışların daha simmetrik və keyfiyyətli olmasını təmin edir.Eyni zamanda, günəş şüalarından qorunması üçün hər qovuna xüsusi örtüklər də yerləşdirilir.Qovunların yetişdirilməsi tam nəzarət altında aparıldığı üçün məhsul az miqdarda, lakin yüksək keyfiyyətdə olur. Bu səbəbdən Yubari qovunları bazarda çox yüksək qiymətə satılır.Məlumata görə, bir ədəd qovunun qiyməti təxminən 900 dollara qədər yüksələ bilir. Yaponiyada bu meyvə daha çox lüks hədiyyə kimi dəyərləndirilir. İlk məhsullar adətən auksionlarda satışa çıxarılır və böyük maraqla qarşılanır.

Mütəxəssislər bildirir ki, bu qovunlar həm dadı, həm də istehsal üsulu ilə dünyada nadir məhsullardan biridir.//metbuat.az

Bizə qoşulun