Medianews.az
Bakının mərkəzində gecə vaxtı sağlam ağacları kəsiblər?
113 baxış

Bakının mərkəzində gecə vaxtı sağlam ağacları kəsiblər? VİDEO

Gövdələri kəsilib yerə atılan da var, budaqları yerlə bir olanlar da...

Hətta, kökündən kəsilib üstü torpaq qatı ilə örtülənlər də. Görüntülər Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsindəndir.

 "Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edir ki, ünvandakı ağaclar avtomobil təmiri sexinin ərazisini genişləndirmək məqsədi ilə gecə ilə kəsilib.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirdi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan fakt dərhal araşdırılıb: 

Qafar Ağayev qeyd edib ki, avtomobil sexinin icaradarı Fərhad Fərhadov barəsində qanuna müvafiq tədbirlər görülür. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Bizə qoşulun