“Qarabağ” klubu U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovla yola davam etmək istəyir.
Medianews.az bildirir ki, bu barədə "Unikal"a “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.
O, mövsümün sonunda mütəxəssislə danışıqlar masasına oturacaqlarını bildirib: “Akademiyamızın bir çox məşqçisi ilə mövsümün sonunda müqavilə başa çatır. Lakin onları burada saxlamaq istəyirik. Buna Rəşad Sadiqov da daxildir. Mövsümün sonunda qarşı tərəflə sözləşmə ilə bağlı söhbətimiz olacaq”.