Son illərdə piylənmə, insulin müqaviməti və yanlış həyat tərzi səbəbindən qaraciyərdə yağlanma xəstəliyi hər üç insandan birində rast gəlinir. Problemin təhlükəli tərəfi odur ki, qaraciyər zədəsi tez-tez simptom vermədən inkişaf edir, buna görə də çox adam xəstəliyi gec fərqinə varır.
Medianews.az xəbər verir ki, türkiyəli qastroenteroloq Hakan Ümit Ünal qaraciyərə ciddi zərər verən 5 vərdişi açıqlayıb.
“Şok” diyetlərlə sürətli arıqlamaq
Qısa müddətdə sürətlə çəki itirmək sağlam deyil. Çox aşağı kalorili dietlər qaraciyərdə yağ toplanmasını artırır. Araşdırmalar göstərir ki, həftədə 1–1,5 kq-dan artıq arıqlamaq qaraciyərə düşən yükü artıraraq xəstəliyin irəliləməsinə səbəb ola bilər.
Yalnız diyeta saxlayıb idmanı unutmaq
Təkcə dietlə kifayətlənmək əzələ itkisinə, metabolizmanın zəifləməsinə və insulin müqavimətinin artmasına gətirib çıxarır. Bu da qaraciyərin piylənməsini sürətləndirir. Müntəzəm gəzinti kimi fiziki fəaliyyətlər isə əksinə, riski azaldır.
Meyvəni həddindən artıq istifadə etmək
Meyvədə olan fruktozun çox qəbulu qaraciyər piylənməsini artırır. Xüsusilə lifsiz formada – məsələn, meyvə şirəsi kimi – istifadə edildikdə fruktoz daha tez sorulur və zərər daha da artır.
Qaraciyəri təmizlədiyi inancı ilə bitki mənşəli məhsullarə istifadə etmək
Tərkibi və dozası məlum olmayan “təbii” məhsullar ciddi risk yaradır. Standartlaşdırılmamış bitki tərkibli vasitələr qaraciyər zədələnməsinə, hətta transplantasiya tələb edən ağır hallara səbəb ola bilər. Mütəxəssislər vurğulayır ki, qaraciyərin əlavə “detoks”a ehtiyacı yoxdur.
Alkoqolun təhlükəsiz həddi olduğuna inanmaq
Alkoqol qaraciyərdə iltihabı artırır və piylənmənin sirroza keçmə riskini yüksəldir. Xüsusilə qaraciyər piylənməsi olan insanlarda az miqdarda belə alkoqol xəstəliyin sürətlənməsinə səbəb ola bilər. Buna görə alkoqoldan uzaq durmaq tövsiyə olunur.
Medianews.az