Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan"ın futbolçusu Emil Quluzadə mükafatlandırılıb.
Bu barədə Medianews.az-a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafat XXII turun "Quba" ilə qarşılaşmasından əvvəl təqdim olunub.
Mükafatı Emil Quluzadəyə PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.