Medianews.az
Qaz sobasından istifadə zamanı təhlükəsizlik qaydaları -
53 baxış

Qaz sobasından istifadə zamanı təhlükəsizlik qaydaları - Vacib məqamlar

Qaz sobası məişətdə ən çox istifadə olunan avadanlıqlardandır. Lakin düzgün istifadə olunmadıqda ciddi təhlükə yarada bilər.

BAKU.WS mütəxəssislərə istinadən qaz sobasından istifadə zamanı nələrə əməl etməyi təqdim edir:

Qaz iyi hiss edildikdə dərhal sobanı söndürmək və otağı havalandırmaq lazımdır. Qaz açıq olduğu halda mətbəxi nəzarətsiz tərk etmək olmaz.

Uşaqların qaz sobasına yaxınlaşmasının qarşısı alınmalıdır. Şlanq və birləşmələr vaxtaşırı yoxlanmalı, köhnəlmiş hissələr dəyişdirilməlidir.

Sobanın üstünü və ətrafını tez alışan əşyalardan təmiz saxlamaq vacibdir.

Fövqəladə hallar üzrə mütəxəssislər bildirirlər ki, qaz avadanlıqları ilə bağlı ən kiçik şübhə olduqda belə, özbaşına müdaxilə etmək olmaz, aidiyyəti xidmətə müraciət edilməlidir.

Qış mövsümündə qazdan istifadə artdığı üçün təhlükəsizlik qaydalarına əməl etmək hər kəs üçün həyati əhəmiyyət daşıyır.

Bizə qoşulun