Həqiqətən qırıldığınız zaman yalnız emosiyalarınız deyil, ürəyiniz də təsirlənə bilər.
Medianews.az xəbər verir ki, tibb sahəsində “qırıq ürək sindromu” adlanan bu vəziyyət, simptomlarına görə tez-tez ürək tutması ilə səhv salınır.
Sinədə ani təzyiq, nəfəs darlığı və sol qola yayılan ağrı adətən ürək tutmasını xatırladır. Lakin bəzi hallarda problem damarların tıxanması deyil, güclü emosional stressin ürək üzərində təsiridir.
Mütəxəssislər bildirir ki, ürək tutması adətən damar tıxanması ilə əlaqələndirilir. Lakin “qırıq ürək sindromu” ayrılıq, böyük kədər və ya həyatın qəfil dəyişməsi kimi intensiv emosional stres hallarında ortaya çıxır. Bu sindrom ürək əzələsinin müvəqqəti zəifləməsinə səbəb olur və simptomları ürək tutması ilə demək olar ki, eynidir.
Həkimlər əvvəlcə damarları yoxlayır, əgər damarlar açıq, amma ürək əzələsi zəifdirsə, “qırıq ürək sindromu” ehtimalı qiymətləndirilir.
Mütəxəssislər bildirir ki, düzgün müalicə və istirahətlə ürək adətən qısa müddətdə bərpa olunur. Lakin ürək tutması ilə oxşar simptomlar göründükdə vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Medianews.az