Medianews.az
Rəqibini yumruqlayan qapıçıya ağı cəza
113 baxış

Rəqibini yumruqlayan qapıçıya ağı cəza - FOTO

İspaniyanın “Real Saraqosa” klubunun argentinalı qapıçısı Esteban Andradaya 13 oyunluq cəz verilib.

Medianews.az xəbər verir ki, qapıçı rəqib futbolçu Xorxe Pulidoya zərbə endirdiyinə görə cəzalandırılıb.

"Ueska" ilə oyunda ikinci sarı vərəqə ilə meydandan qovulan Andrada qərardan sonra əsəblərinə hakim ola bilməyərək rəqib oyunçuya hücum edib və ona yumruq atıb.

Hadisədən sonra meydanda qısa müddətli qarşıdurma yaşanıb. İntizam komitəsi qapıçının davranışını ciddi pozuntu kimi qiymətləndirib.

Verilən 13 oyunluq diskvalifikasiya Andradanın mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcəyi deməkdir.

Medianews.az

 

Bizə qoşulun