Medianews.az
Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib
149 baxış

Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi gələn həftənin sonunda mümkündür.

Bunu “Novosti.LIVE”-ə verdiyi açıqlamasında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov söyləyib.

O bildirib ki, 11 apreldə 182 ukraynalının geri qaytarılmasından sonra növbəti mübadilə üçün hazırlıqlar gedir.

"Ümid edirəm ki, həftənin sonu başqa bir mübadilə baş tutacaq”,- deyə Ofis rəhbəri qeyd edib.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı əsir mübadiləsi aparıblar. 175 hərbçi və yeddi mülki şəxs evə qaytarılıb./AZƏRTAC

Bizə qoşulun