Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.
Bu barədə Medianews.az-a DİM-dən məlumat verilib.
Sınaq imtahanı 19 aprel 2026-cı il tarixində Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küç., 50) və Naxçıvan şəhərində (Naxçıvan şəhəri, 4 saylı orta məktəb (3-cü mərtəbə)) elektron formada keçiriləcək və saat 16:00-da başlanacaq.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
"Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar", - məlumatda qeyd olunub.