"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini satın alıb.
Medianews.az Publika.az-a istinadla xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz hazırda ikinci divizionda çıxış edən və La Liqaya yüksəlmək uğrunda mübarizə aparan kluba sərmayə qoyub.
Məlumata görə, bu investisiya Ronaldonun idman sahəsindəki sərmayələrini birləşdirmək və idarə etmək üçün yaradılmış "CR7 Sports Investments" şirkətinə daxil ediləcək. Bu qurum peşəkar idmanda strateji investisiya imkanlarını qiymətləndirmək və həyata keçirmək üçün platforma rolunu oynayacaq.
Ronaldo bu barədə danışarkən bildirib: "Futbola yalnız meydanda deyil, kənardan da töhfə verməyə çalışmışam. "Almeriya" möhkəm təmələ və böyük inkişaf potensialına malik klubdur. Klub rəhbərliyi ilə birlikdə onun inkişafının növbəti mərhələsini dəstəkləmək imkanına görə çox şadam".