Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirdikləri oyun (2:1) barədə danışıb.
Medianews.az xəbər verir ki, Ronaldo oyunöncesi hisslərini bölüşüb: "Hələ günorta saatlarında məndə belə bir hiss var idi ki, matçın taleyini məhz penalti həll edəcək. Elə həmin andan bu ssenariyə hazırlaşmağa başladıq. Ürəyim çox sürətlə döyünürdü, lakin intuisiyama güvəndim və qol vuracağıma inandım. Mən buna hər zaman inanmışam".
Qeyd edək ki, qarşılaşmanın 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Ronaldo komandasını 1/8 finala daşımaqla yanaşı, həm də dünya çempionatlarının pley-off mərhələsi tarixində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb.
Portuqaliya növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq.
Medianews.az