Medianews.az
Rusiyada məmur avtomobili
112 baxış

Rusiyada məmur avtomobili minaya düşdü

Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində hökumət nümayəndələrini daşıyan avtomobil minaya düşüb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Medianews.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində Rılsk rayonunun rəhbəri Vladimir Kovalçuk mina-partlayış travması və hər iki ayağından qəlpə yaraları alıb.

Hadisə zamanı avtomobili idarə edən əmlak münasibətləri departamentinin direktoru Sergey Besedin də xəsarət alıb. Ona qarın nahiyəsindən nüfuz etməyən yara və bud nahiyəsində qəlpə yaraları diaqnozu qoyulub. Hazırda onun üzərində cərrahi əməliyyat aparılır.

Bundan əlavə, mədəniyyət şöbəsinin müdiri və mülki müdafiə və fövqəladə hallar üzrə mütəxəssis də yaralanıblar. Bildirilir ki, partlayış zamanı onlar yaxınlıqdakı binanın eyvanında olublar.

Həkimlərin məlumatına görə, hər iki şəxs akubarotravma (partlayış dalğasının təsiri nəticəsində yaranan travma) və qol-ayaq nahiyələrindən qəlpə yaraları alıb.

Hadisənin başvermə şəraiti və minanın hansı şəraitdə partlaması ilə bağlı araşdırma aparılır./Ajans.az

Bizə qoşulun