Medianews.az
“Sanki komandanı 24 saata yığıblar” –
90 baxış

“Sanki komandanı 24 saata yığıblar” – Arşavindən sərt tənqid

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin dünya çempionatı-2026-da onu ən çox məyus edən komandanın adını açıqlayıb.

Medianews.az xəbər verir ki, Arşavinin fikrincə, Tunis millisi turnirin ən zəif təsir bağışlayan komandasıdır.

“Tunisdən ümidsizlik hissi gəlir. Elə təəssürat yaranır ki, komandanı cəmi 24 saata formalaşdırıblar. Heç bir təşkilatlanma, istək və motivasiya görünmür. Komanda tamamilə aciz təsir bağışlayır”, – deyə Arşavin bildirib.

Sabiq futbolçu qeyd edib ki, böyük hesablarla məğlub olan bəzi komandalar belə meydanda nizam-intizam və mübarizə əzmi nümayiş etdirir. Onun sözlərinə görə, Tunis millisində isə bunların heç biri hiss olunmur.

Arşavin Tunis yığmasını DÇ-2026-nın indiyədək ən böyük məyusluğu adlandırıb.

Medianews.az

Bizə qoşulun