Medianews.az
Şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş
71 baxış

Şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş turnir keçirilib

"Azfar" şirkətlər qrupunun stadionunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

Medianews.az xəbər verir ki, tədbirdə şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli, rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimləri və futbol komandaları iştirak ediblər.

Turnirin sonunda qalib komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom, şəhidin atası Əli Kərimbəyliyə isə turnirin xatirə diplomu təqdim olunub.

Medianews.az

Bizə qoşulun