Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bizdə dərin və müsbət təəssürat formalaşdırdı.
Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Medianews.az-a verdiyi açıqlamada bildirib. 
O bildirib ki, tədbir çərçivəsinə sərgi mərkəzini ziyarət edib: “Azərbaycan pavliyonunu da ziyarət etdik və Azərbaycanın turizm imkanları barədə müzakirə apardıq".
“İsraildən Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Buna görə də biz müxtəlif turizm istiqamətləri barədə müzakirələr apardıq. Şəki, Zaqatala, Naxçıvan və digər bölgələr haqqında söhbət etdik. Əminəm ki, gələcəkdə daha çox israilli turist Azərbaycanın gözəl məkanlarını ziyarət edəcək”, - deyə səfir əlavə edib.
Müşfiqə Bayramova
Medianews.az