Medianews.az
NATO zirvəsinə görə Ankarada uçuşlarda
99 baxış

NATO zirvəsinə görə Ankarada uçuşlarda dəyişiklik gözlənilir

Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO zirvəsi ilə əlaqədar iyulun 6-12-də təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bu səbəbdən şəhərdə nəqliyyatın hərəkətində sıxlıq və məhdudiyyətlər yarana, bəzi uçuşların cədvəlində dəyişiklik edilə bilər.

Xüsusilə iyulun 7-8-də həyata keçiriləcək əməliyyat tənzimləmələri səbəbindən bəzi reyslərdə dəyişikliklər gözlənilir.

Esenboğa Hava Limanının operatoru olan TAV sərnişinlərə hava limanına əvvəlcədən yola düşməyi və uçuşları ilə bağlı son məlumatları aviaşirkətlər vasitəsilə yoxlamağı tövsiyə edib.

Bizə qoşulun