Medianews.az
İsrail əsgərləri fələstinli futbolçunu öldürdü
109 baxış

İsrail əsgərləri fələstinli futbolçunu öldürdü

Fələstinli qapıçı Salim Əl-Əşqarın İsrail əsgərlərinin açdığı atəş nəticəsində öldürüldüyü bildirilir.

Bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb:

“Xadamat Xan Yunis”in qapıçısı Salim Əl-Əşqar işğalçı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib”.

Çili futbol liqasında yer alan “El Club Deportivo Palestino” komandasının yaydığı açıqlamada deyilir:

“32 yaşlı fələstinli qapıçı Əl-Əşqarın faciəli ölümünə dərin hüznlə yas tuturuq. O, İsrail ordusu tərəfindən öldürülüb. Bu cür hadisələrin davam etməsindən çox kədərlənirik. Ədalət və sülh tələb edirik”./publika.az

Bizə qoşulun