Hindistanda 24 yaşlı gənc 28 yaşlı qardaşını telefona görə vəhşicəsinə döyərək öldürüb.
Medianews.az xəbər verir ki, faciə, böyük qardaşın kiçik qardaşa telefon şifrəsini vermədiyi üçün baş verib.
Qonşular səs-küyü eşidib polisə zəng ediblər. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs həbs edilib və cinayət işi açılıb.
Medianews.az