Medianews.az
Tanınmış futbolçu karyerasını bitirir
107 baxış

Tanınmış futbolçu karyerasını bitirir

İngiltərənin “Çelsi” komandasının sabiq futbolçusu, hazırda Braziliya təmsilçisi “San Paulu”da çıxış edən Oskar karyerasını bitirmək qərarına gəlib.

Medianews.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ürək problemləri səbəbindən bu addımı atıb.

Oskar ötən il noyabrın 12-də tibbi müayinədən sonra ürəyində aşkarlanan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Oskar Braziliya millisinin heyətində 48 oyunda meydana çıxıb və 12 qolla yadda qalıb./AZƏRTAC

Bizə qoşulun