Medianews.az
Tanınmış xanəndənin səhhətində ciddi
71 baxış

Tanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI

Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Xanəndə "Rəngarəng" verilişində son dövrlər yaşadığı sağlamlıq problemlərindən danışıb. O, bildirib ki, son vaxtlar yayılan viruslardan birinə yoluxub və immunitetinin zəif olması səbəbindən 20-25 gün müalicə alıb.

İlkin Əhmədov qeyd edib ki, səhhətində yaranan narahatlıqlar onu efirlərdən bir qədər uzaq durmağa vadar edib:

"Qərar vermişəm ki, artıq efirə tez-tez çıxmayım. Sağlamlığımda problemlər yarandı. Çoxlarının yoluxduğu virusa mən də tutuldum. İmmunitetim zəif olduğu üçün uzun müddət mübarizə apardım".

Xanəndə əlavə edib ki, ürəyində də müəyyən problemlər yaranıb:

"Məndə həyəcan çox olurdu, ürək döyüntülərim stabil deyildi. Bu, insana narahatlıq verə bilərdi, az da olsa panik atak yaşayırdım. Əvvəl qorxdum, çünki indiyədək ürəyimlə bağlı şikayətim olmayıb və həkimə müraciət etməmişdim".

Müayinədən sonra vəziyyətin ciddi olmadığını deyən İlkin Əhmədov həkimlərin rəyini də bölüşüb:

"Dedilər ki, qorxulu heç nə yoxdur. Sadəcə döyüntünün stabilliyi pozulub. Bu da yuxusuzluq, rejimsizlik və hadisələrə tez reaksiya verməklə bağlıdır. Tövsiyə etdilər ki, sakit olum və sənətimlə məşğul olum"./Milli.az/

Bizə qoşulun