Avstraliyada britaniya–avstraliya əsilli ultramarafonçu Endi Donaldson rekorda imza atıb.
Medianews.az xəbər verir ki, o, Ord River çayında 55 kilometr məsafəni üzərək dünya rekordunu yeniləyib.
İdmançı təxminən 12 saat davam edən üzüş zamanı minlərlə timsahın yaşadığı sularda irəliləyib və finişə 11 saat 51 dəqiqəyə çataraq əvvəlki nəticəni xeyli yaxşılaşdırıb.
Donaldson bildirib ki, üzüş fiziki baxımdan son dərəcə çətin keçib: güclü günəş, qarşıdan əsən külək və uzun məsafə onu ciddi sınağa çəkib. Buna baxmayaraq, o, heç bir yırtıcı ilə qarşılaşmadan rekordu tamamlayıb.
Medianews.az