ABŞ prezidenti Donald Tramp İran milli komandasının 2026-cı il dünya futbol çempionatında iştirakına imkan veriləcəyini vəd edib.
Medianews.az xəbər verir ki, bunu FİFA prezidenti Gianni İnfantino sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, ABŞ prezidenti ilə görüş zamanı qarşıdan gələn dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin İran millisinin seçmə mərhələdəki çıxışı və ölkədəki mövcud vəziyyət də danışılıb.
İnfantino bildirib ki, Tramp İran komandasının dünya çempionatında iştirakına müsbət münasibətini ifadə edib.
FİFA prezidenti vurğulayıb ki, dünya çempionatı hazırkı dövrdə daha da böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, turnir futbol vasitəsilə insanları və ölkələri bir araya gətirmək gücünə malikdir.
FİFA rəhbəri əlavə edib ki, dünya kuboku qlobal birlik və həmrəyliyin simvollarından biri olaraq qalır.
Medianews.az