Şanlıurfa və Kahramanmaraşdakı ardıcıl məktəb hücumlarından sonra Türkiyə polisi tədbir gördü.
Medianews.az xəbər verir ki, bununla bağlı Türk Polis Təşkilatı məlumat yayıb.
Hücumlarla bağlı 83 nəfər barəsində saxlanma qərarı verilib, 940 sosial media hesabına giriş bloklanıb, 93 Telegram qrupu bağlanıb.
Rəsmi açıqlamada qeyd olunub ki, saxlanılan şəxslər ictimai asayişi pozan və cinayətləri təşviq edən paylaşımlara görə məsuliyyət daşıyırlar.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az
