Martda Türkiyədə istehlak qiymətləri 2025-ci ilin eyni ayına nəzərən 30,87 faiz artıb.
Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu kommunal xidmətlərdə bahalaşmanı 42,06 faiz, ərzaq və spirtsiz içkilərdə 32,36 faiz, spirtli içkilər və tütün məmulatlarında 29,59 faiz, geyim və ayaqqabılarda 7,2 faiz göstərir.
Azərbaycan Mərkəzi Bankı aprelin 3-də 100 Türkiyə lirəsini 3 manat 81 qəpiyə təklif edir.
2021-2025-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 3 manat 96 qəpiyə düşüb, 2026-cı il 3 manat 95 qəpiklə başlayıb.