Medianews.az
Ucarda vəhşi heyvan sakinlərə HÜCUM EDİB:
106 baxış

Ucarda vəhşi heyvan sakinlərə HÜCUM EDİB: Xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

"Aprelin 17-də saat 19 radələrində çaqqal hücumu səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, onlara vəhşi heyvan dişləməsi diaqnozu təyin olunub:

"Pasiyentlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar".

13:04

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıblar. M.Həsənovun barmağı amputasiya olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Bizə qoşulun