UEFA "Real"ı cəzalandırıb.
Publika.az xəbər verir ki, buna səbəb Madrid klubunun Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə "Santyaqo Bernabeu" stadionunda keçirilən cavab oyununda azarkeşlərdən birinin nasist salamı verməsi olub.
Hadisə Portuqaliya təmsilçisi ilə oyundan əvvəl baş verib. Avropa futbol qurumu kluba 15 min avro məbləğində cərimə tətbiq edib və stadionun cənub tribunasının aşağı hissəsində yerləşən 500 yerin bir il müddətinə şərti bağlanması barədə qərar verib.
"Real" isə açıqlama yayaraq həmin şəxsin müəyyənləşdirildiyini və stadiondan qovulduğunu bildirib: "Bütün idmanda və cəmiyyətdə zorakılığı, nifrəti təşviq edən bu cür jest və ifadələri qınayırıq".