Medianews.az
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır -
83 baxış

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

***10:10

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

***09:53

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Bununla əlaqədar dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Onların arasında Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi - PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub.

Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Bizə qoşulun