Medianews.az
Yaddaşı gücləndirən qidalar –
58 baxış

Yaddaşı gücləndirən qidalar – Həkimdən tövsiyə

Rusiyalı nevroloq Kirill Almazov yaddaşı gücləndirmək üçün faydalı qidaları açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yaddaş zəifləməsinin ən yayılmış səbəblərindən biri dəmir çatışmazlığıdır.

Buna görə rasionda dəmirlə zəngin məhsulların olması vacibdir. Asan mənimsənilən dəmir əsasən qırmızı ət və qaraciyərdə, digər növü isə qoz-fındıq, paxlalılar, ispanaq və qarabaşaqda olur.

Həkim həmçinin sinir impulslarının ötürülməsində mühüm rol oynayan yağ turşuları ilə zəngin qidaların qəbulunu tövsiyə edib. Bu məhsullara balıq növləri (xüsusilə qızılbalıq və skumbriya), kətan və zeytun yağı, eləcə də qoz daxildir.

Bundan əlavə, yaddaş üçün B qrupu vitaminləri, maqnezium, sink və digər faydalı maddələr də vacibdir. Onları yumurta, yaşıl tərəvəzlər, paxlalılar, dənli bitkilər və balqabaq tumlarından almaq mümkündür.

Almazov qeyd edib ki, antioksidantlarla zəngin qidalar da beyin fəaliyyətinə müsbət təsir göstərir. Bu maddələr giləmeyvələrdə, kakaoda və yaşıl çayda bol miqdarda olur.

Medianews.az

Bizə qoşulun