Medianews.az
Yüksək vəzifəli şəxslər işdən çıxarıldı -
149 baxış

Yüksək vəzifəli şəxslər işdən çıxarıldı - ADLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr islahatları davam edir.

Medianews.az xəbər verir  ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidməti İdarəsində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.

Belə ki, İdarənin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.

Bizə qoşulun