Medianews.az
Zəfəranın möcüzəvi
53 baxış

Zəfəranın möcüzəvi FAYDASI  

Zəfəranın bioaktiv komponentləri beyin funksiyalarına müsbət təsir göstərir və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Medianews.az xəbər verir ki, bu haqda araşdırma “Food & Function” jurnalında dərc edilib.

Araşdırmaya görə, zəfəranın iki əsas birləşməsi – krosinlər və safranal, depressiv davranışı azaldaraq fərqli neyrobioloji mexanizmlərlə beyindəki təsirlərini göstərir.

Siçan təcrübəsində alimlər, krosinlərin dopamin sisteminə təsir edərək beyindəki dopamin səviyyələrini artırdığını və safranalın isə iltihabı azaldaraq neyroproteksiya təmin etdiyini aşkar ediblər.

Tədqiqatçılar həmçinin safranalın ağızdan qəbul edildikdən sonra beyin toxumasında da aşkarlandığını qeyd ediblər. Bu nəticələr zəfəran komponentlərinin gələcəkdə əhval pozğunluqlarının müalicəsində potensial funksional vasitə kimi istifadəsini gündəmə gətirir.

Medianews.az

Bizə qoşulun