“Ukrayna lideri Volodimir Zelenski Cenevrədə keçirilən üçtərəfli danışıqlarda Rusiyanın sərt mövqeyindən qıcıqlanıb”.
Medianews.az xəbər verir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.
“Görünür, Cenevrə danışıqlarındakı ukraynalılar Rusiyanın mövqeyindən həqiqətən də şoka düşüblər. Bu, Zelenskinin sonrakı saatlarda qəribə davranışını izah edir. Zelenskinin “Axios”a verdiyi açıqlamalarda və “Piers Morqan”a verdiyi müsahibədə inanılmaz dərəcədə kobud və sərt ifadələr işlədib. O, kobud ifadələrdən sui-istifadə edib”, - deyə Merkuris vurğulayıb.
Onun sözlərinə görə, ukraynalılar dövlət başçısının bu cür davranışından şoka düşüblər və özlərini Rusiyanın danışıqlara hazır olduğuna inandırıblar.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutub.
Medianews.az