“Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək.
Bu barədə “L Equipe” nəşri məlumat yayıb.
Bildirilib ki, fransalı vinger Qətərin “Al Şahaniya” klubuna keçəcək.
Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.
Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.