Medianews.az
103 yaşlı qadından maraqlı açıqlama:
104 baxış

103 yaşlı qadından maraqlı açıqlama: “Sirrim internetdir”

103 yaşlı britaniyalı qadın uzunömürlülüyünün qeyri-adi səbəblərini açıqlayıb.

Medianews.az bildirir ki, bu barədə “BBC News” məlumat yayıb.

Marqaret Norris adlı qadın hesab edir ki, onun uzun yaşamasında inanc, ənənəvi yeməklər və internet mühüm rol oynayıb. O, hər gün sosial şəbəkələrdə xəbərləri izlədiyini və onlayn alış-veriş etdiyini bildirib.

Qadın həmçinin hər bazar günü qızının onu kilsəyə apardığını və bunun onun üçün vacib mənəvi dəstək olduğunu qeyd edib.

Həyat yoldaşını 1985-ci ildə itirən Norris uzun illər müstəqil yaşadığını, hazırda isə köməkdən istifadə etməyə alışdığını söyləyib.

Medianews.az

Bizə qoşulun