Meksikada məzunların fotosessiyası zamanı qəza baş verib. Tələbələrin üzərində durduğu podium çöküb.
Medianews.az xəbər verir ki, hadisə Mexiko şəhərindəki universitetlərin birində baş verib.
Ən yuxarı podium pilləsi yerdən təxminən 12 metr hündürlükdə olub.
Hadisə nəticəsində iyirmi üç nəfər xəsarət alıb. Məzun iştirakçılarından altısı xəstəxanaya yerləşdirilib, lakin onlar ciddi xəsarət almayıb. Qalanlarına hadisə yerində ilk tibbi yardım göstərilib.
Universitet rəhbərliyi bildirib ki, struktur keyfiyyətsiz quraşdırma səbəbindən tələbələrin çəkisini daşıya bilmir. Şəhər rəhbərliyi podium hazırlayan şəxsi məhkəməyə vermək niyyətindədir.
Medianews.az