Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə 4 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək 4-cü Milli Kibertəhlükəsizlik Forumuna maraq sürətlə artır.
Medianews.az xəbər verir ki, hazırda forum üçün 1500-dən çox iştirakçı qeydiyyatdan keçib.
Bu barədə AKTA-nın İcraçı direktoru Rauf Cabarov bildirib.