Medianews.az
18 yaşlı gəlin
64 baxış

18 yaşlı gəlin güllələndi

Hindistanda toy mərasimində 18 yaşlı gəlin güllələnib.

Medianews.az xəbər verir ki, hadisə Bihar ştatında baş verib.

18 yaşlı Aarti Kumari bəy ilə səhnədə olarkən maskalı şəxs ona atəş açıb. Yaralı gəlin onu qonşusu Dinbandhunun vurduğunu deyib.

Məlumata görə, şübhəli şəxs gənc qızı iki il təqib edib və qarşılıqsız sevgi səbəbilə hücumu törədib.

Yaralı əvvəl yerli xəstəxanaya, sonra isə Varanasi şəhərinə aparılıb. Vəziyyəti ağırdır. Polis şübhəlini axtarır.

Medianews.az

Bizə qoşulun