1995-ci ilin bu vaxtlarıydı, Prezident Aparatında dövlət müşavirinin müşaviri vəzifəsində çalışan Nemət Pənahlı o dönəm üçün olduqca sensasion sayıla bilən bir addım atdı: mətbuat konfransı keçirərək parlament seçkilərində “deputat mandatı” veriləcək şəxslərin adlarını açıqladı və bildirdi ki, bu siyahını o, aparatdakı məsul şəxslərdən götürüb.
O vaxt Nemət Pənahlının sözünü qəribçiliyə salanlar da oldu, siyahının səhihliyinə, həqiqəti əks etdirdiyinə inananlar da.
Adam vəzifəsi ilə, karyerasıyla riskə getmişdi. Prezident Əliyev nəinki belə hərəkətləri sevmirdi, hətta cəzalandırırdı.
Ancaq N.Pənahlıya toxunmadılar, o, eləcə vəzifəsini itirdi.
Fəqət onun partlatdığı “bomba”nın səsi-küyü bütün seçki kampaniyası boyunca qulaqlardan çəkilmədi. Səsvermə gününün ertəsi məlum oldu ki, N.Pənahlının seçki proqnozu 95 faiz dəqiqliklə doğrulub, “deputat siyahısı”nda adı keçənlər “seçki birincisi” olublar.
Bununla belə, sabiq müşavirin öncədən elan etdiyi “deputat siyahısı”nda 3-5 faizlik yanlışlıq vardı. Bu da onunla izah olundu ki, ali saray son məqamda siyahıya əl gəzdirib, bəzi intriqalı dairələrdə birinci və ya ikinci şanslı namizədi yox, üçüncü, şanssız namizədi seçib, bəzi “zəif həlqə”ləri yenisi ilə əvəzləyib.
O vaxtlar deputatlığa namizədlərin tam əksəriyyəti yeni simalar, yeni isimlər idi. İctimaiyyət, eləcə də öz seçiciləri onları nə üzdən tanıyırdılar, nə də adlarını eşitmişdilər. Bu baxımdan N.Pənahlının açıqladığı siyahı üzrə proqnozun yüzdə doxsan beş dəqiqliklə doğrulması ondan xəbər verirdi ki, doğrudan da seçkinin taleyi səsvermə günündən azı iki ay qabaq həll olunub.
Sonrakı seçkilərdə də buna bənzər proqnozlar verildi. Yeni proqnozların müəllifləri Nemət Pənahlı qədər mötəbər mənbə deyildilər, hakimiyyətin “mətbəx”indən kənar adamlar idilər, ancaq onların proqnozları da yüksək dəqiqlik əmsalı ilə doğru çıxdı.
İndi bənzər proqnozu Cəmil Həsənli verib, 2015-ci ildə mandat qazanacaq şəxslərin siyahısını öncədən yayıb.
Yenə də bu siyahının həqiqətə uyğun olduğunu düşünənlər və bunu əfsanə, uydurma sayanlar var.
Ola bilər ki, doğrudan da belə bir siyahı tərtib olunmayıb və əldə elə bir yazılı sənəd yoxdur. Ancaq bu məsələnin mahiyyətini dəyişmir. Əsas odur ki, mandat qazanası adamlar öncədən bəllidir.
Bəli, məhz bu adamlar yüzdə doxsan beş faiz dəqiqliklə deputat olacaqlar.
Deyilə bilər ki, bunu bilməyə nə var, həmin adamlar öz dairələrində kifayət qədər nüfuzludurlar, ona görə də yenə səs alacaqlar və seçiləcəklər.
Elə deyil. O siyahıda adı keçənləri azı 75 faizi nəinki öz dairələrində seçicilərin rəğbətinin qazanmayıb, əksinə, xalqın nifrətini qazanmış adamlardır və özbaşına buraxılsa, bələdiyyə üzvü seçiləcək qədər səs toplaya bilməzlər.
Onları yerli icra hakimiyyətləri inzibati resurslardan, müxtəlif saxtakarlıq üsullarından istifadə edərək deputat seçdirəcəklər.
Həm də bu necə seçkidir ki, heç vaxt sürpriz olmur, nəticələri həmişə öncədən bəlli olur və verilən proqnozlar yüzdə doxsan beş dəqiqliklə doğrulur.
Uzun illərdir dünya və region ölkələrində keçirilən seçkiləri izləyirik. Demokratik ölkələrdə heç vaxt seçkilərin nəticələrini bu qədər dəqiqliklə öncədən proqnozlaşdırmaq mümkün olmur, həmişə nəsə bir yenilik olur, yeni simalar ortaya çıxır.
Bizdə isə “seçilənlər” dəyişmir ki, dəyişmir: Madər Musayev, İsa Həbibbəyli, Fəttah Heydərov, Arif Rəhimzadə, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, İmamverdi İsmayılov və başqaları.
Ölkədəki seçicilərin əksəriyyəti ağılları söz kəsəndən, əllərinə ilk dəfə bülleten alandan bəri bu və adları çəkilməyən xeyli adam deputatdırlar. Sanki onları bəzi ölkələrdə olduğu kimi ömürlük senator təyin ediblər.
Aydın məsələdir ki, ölkədə azad, qanuni, dürüst seçkilər keçirilsə, bu siyahıda adı çəkilən şəxslərin çoxu uduzar, yerlərini daha gənc, daha enerjili namizədlərə verərlər.
Heç vaxt belə olmadığı və hamı deputatların öncədən seçilib təyin olunması ənənəsindən xəbərdar olduğu üçün hər kəs “deputat siyahısı”nın mövcudluğuna inanır.
10.10.2015, 19:09
480
baxış
Xalid Kazımlı
Bizim “ömürlük senatorlar”ın siyahısı