Guya hansısa beynəlxalq qurum dünyada multimilyonerlərin sayını hesablayıb, Azərbaycan və Monqolustan da hərəsi 400, 500 faizlik artımla qabaq cərgələrdən birində yer tutmuşdur. Monqollarla işim yox, ancaq Azərbaycan haqda belə uydurma yazan jurnalistin niyə əli qurumur? Axı o multimilyonerlərimizi necə hesablayıblar? Kimdir onlar? Bəlkə söhbət nazirlərdən, rəislərdən, deputatlardan gedir? Onlar bizneslə məşğul ola bilməz. O zaman kimdir bu sirli milyonçular? 5 nəfər qanuni milyonerimizin adını çəkmək mümkün deyil.
İndi yadıma düşdü, bir tanışım vardı, “multimilyoner” sözünü belə deyirdi: “mırtmilyoner”. Neçə dəfə izah elədim yanlış deyirsən, hətta lüğət, kitab-dəftər tapıb sözün düzgün yazılışını gözünə soxdum, ancaq xeyri olmadı ki, olmadı. Adam təkidlə dirəşmişdi, deyirdi mırtmilyoner olmalıdır, bu kitablarda səhv yazıblar. Açığı, o cür məğlubiyyətdən sonra mən də tərəddüdlə yanaşıram, nə biləsən... Bəlkə elə adam haqlı idi?
O cümlədən, hakimiyyət sabitlikdən, zəhmətkeşlərin YAP ətrafında sıx birləşməsindən danışmağı sevir. Öz statistikaları isə bunu inkar edir. Örnək üçün, srağagün polis nazirinin sözçüsü Ehsan müəllim açıqlama verib, deyir 2015-ci ildə inzibati xətalara yol verənlər haqda 2 milyon 600 min protokol yazılmışdır. Görün büdcəni nəyin hesabına doldurmaq cəhdidir...
Eyni zamanda, bu rəqəmin yetərincə böyük olmasına şübhə edənlər varsa, Azərbaycan əhalisinin sayını yadlarına salsınlar. Bizdə son statistikaya (2015, oktyabr) görə adam sayı 9 milyon 666 min nəfərdir. Bunun da hardasa 2 milyon 200 min nəfərə yaxını uşaqlardır. Uşaqlara, o cümlədən əlillərə və başqa müəyyən sosial qruplara inzibati xətalar məcəlləsinin tətbiq edilmədiyini nəzərə alsaq, yerdə qalır hardasa 6 milyon adam. Belə çıxır yetkin azərbaycanlıların azı üçdə biri qaydaları pozubdur. Loru dillə desək, polis hər 3 nəfərdən 1-nə cərimə yazıbdır!
Deməli, yolu keçə bilməyən, ictimai yerdə özünü apara bilməyən bir millət var, polis də onu düzəltmək üçün canını qoyur. Əks halda, bu statistika nədir? Bəs hanı bizim milli mentalitetimiz, dovğa vedrəsini başına çəkəndə bığları yaş olan ağsaqqallarımız, elçiliyə gedəndə yeddi qat tumanı başına keçirən və milli dolmanı muğam üstündə buta dodaqlarından içəri ötürən ağbirçəklərimiz? Hanı böyüyə hörmət, kiçiyə rəğbət, polisə rüşvət, prokurora nemət, müəllimə bir kilo ət? (Axırıncıları qafiyə üçün yazdım, çox da fikir eləməyin). Millət düzgündürsə, bu qədər protokol hardan çıxır? Millət özünü düzgün apara bilmirsə, pişik hanı?
Hələ qədim dövrdə Sokrat demişdir ki, haqqında iki milyon altı yüz min protokol yazılan millət özünü apara bilmir, mütləq güclü liderə, dahi rəhbərə ehtiyacı vardır. Əgər deməyibsə də demiş olsun. Yalan çıxsa, yalana görə mənə protokol yazılsa, cəriməni Qarabağa Xalq Yardımı Komitəsinin hesabına keçirməyə söz verirəm.
Burada bir texniki detal da var: 2,6 milyon protokolu 365 gündə yazmaq üçün azı bir-iki milyon nəfər də polis lazımdır. Belə çıxır, uca millətimiz hazırda iki hissəyə bölünmüşdür. Bir hissəsi qaydaları pozur, o biri hissəsi protokol yazır. Təxminən güneyli-quzeyli Azərbaycan kimi bir şey yaranmışdır və protokol burada Araz çayının rolunu oynayır.
Bəlkə də elə bu çətinliyi həll etmək üçün son vaxtlar yol polisinə elektron protokol yazmaq qabiliyyəti olan maşınlar alınıb verilmişdir. Yəni, burada milləti düzəltmək işlərini robot, proqram yerinə yetirəcəkdir. Maşın gedə-gedə kamerasıyla ora-bura baxacaq, kəmər taxmayan, keçiddən keçməyən, təkərini qaraldan, nə bilim, kolluğa “çiş” eləyən vətəndaşlarımızı virtual olaraq cərimələyəcəkdir, bir neçə gün sonra cərimə kağızı kamali-ədəblə sənə gətiriləcəkdir.
03.03.2016, 10:18
333
baxış
Zamin Hacı
Mırtmilyonerlərin protokolları