Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bala Bağman qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 2003-cü il təvəllüdlü İsrafil Nadirov (ad və soyad şərtidir) atasının dayısı oğlunun 2010-cu il təvəllüdlü qızı Gülsümdən (şərti adla) xoşu gəlib. O, 2025-ci ilin qış aylarında "Instagram"da qıza yazaraq, sevgisini etiraf edib. Bundan sonra aralarında sevgi münasibətləri yaranıb. Bir gün gecə saatlarında Gülsümün dəvəti ilə İsrafil onların evinə gedib.
İsrafil yataq otağında döşəyin altındakı qızıl mücrü qabını götürüb. Qabın içində isə təxminən 22 min manatlıq qızıl olub. İsrafil həmin qızılların bir neçəsini satıb. Qalanını isə yol kənarında ağaclıq əraziyə atıb.
Oğurluqdan xəbər tutan zərərçəkənlər küçədəki kameraya baxaraq hadisənin İsrafil tərəfindən törədildiyini öyrəniblər.
Nəticədə İsrafil Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsi ifadəsində əməlindən peşman olduğunu, zərərçəkən tərəflə barışdığını və gələcəkdə Gülsümlə evlənəcəyini deyib. Zərərçəkən tərəf də, həmçinin İsrafilə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İsrafil Nadirov yekun olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.