Hərbi çağırışdan cəmi bir gün yayınsan sənə qarşı cinayət işi qaldırarlar. Hökumətin bir sürü idarəsi “ayə, oğrunu tutun, bu adam dövlətçiliyimizi parçalayır”, qışqırtısı ilə üstünə tökülüşər. Ancaq vətənin müdafiəsi uğrunda həlak olan polkovnikin ailəsinə çatacaq aylıq qan pulunu düz 4 ay gecikdirdilər. Özü də qəribə “təsadüfə” baxın, nazirlik bildirdi ki, şəhidin xanımı qəzetlərə şikayətlənən gündən düz bir gün qabaq sənədlər hazır olmuşdur, dörd aylıq pul karta köçürülmüşdür.
İndi mən yenə həmin bir sürü idarədən acizanə soruşmaq istərdim: hansısa yetimin balası əsgərlikdən 4 ay yayınsa siz ona nə edərsiniz? Cavabınız mənə maraqlı deyil, neft süfrəsinin qırıntılarından yemlənən urapatriot sürüsü üçün düşüncə materialı olaraq ortaya atdım. Nahar fasiləsində vətən uğrunda, ofşor hesablar və “Bentli” avtomobilləri, Paris gəzintiləri və Dubay macəraları uğrunda həlak olan kasıb uşaqlarının haqqında da azacıq düşünün. Onlar ölməsə siz yaşamazsınız. Bəlkə də yaşayarsınız, səhv yazdım - işğal edilən yerlərdə camaat necə yaşayır ki?
Ümumiyyətlə, çox qeyri-ciddi bölgənin sakinləriyik. (“Dünyanın” yazmaq da olardı, ancaq hələ hər yer karikatur deyil). Örnək üçün, 80 milyona yaxın əhalisi olan dövlətin şefi, ağası, sultanı mitinq düzəldir və bəyan edir ki, orada hansı bayraqlar olsun, hansı olmasın. Guya dövlətin bundan vacib işi yoxdur. Əlbəttə, hansı qızın kəkili neçə santimetr yaylığın altından çıxmalıdır, aftafanı necənci barmaqla tutmalısan, Ayı görəndə hansı istiqamətə dombalaq aşmaq lazımdır - belə ideologiyalarla rəiyyətinin başına corab hörən ağalar üçün mitinqdəki bayraqların rəngi də vacibdir. Bunlar hamısı öncədən dəqiq müəyyən edilməlidir. Alqoritmi cızılmalıdır. Proqramlaşdırılmalıdır. Təsəvvür elə, dünyanın başqa bir yerində isə adamlar Marsa uçacaq gəminin sakinləri üçün psixoloji problemləri araşdırırlar. İnsanın kosmosa təsirinin etik tərəflərini düşünürlər.
Hesablama Palatası AMEA Fizika İnstitutunda yeyinti aşkarlamışdı. Neçə günlərdir bu hadisə mənim yadımdan çıxmır. Görəsən bir insan fizika araşdırmaları sahəsində necə yeyinti edə bilər? Bəlkə hansısa avadanlığı oğurlayıb satıblar?
Hələ AXC dövründən qalma “atom bombamızı” çırpışdırıblar? Dövlət büdcəsindən gələn pullar instituta girərkən qara dəliyə düşüb paralel kainatlara səpələnmişdir? O kainatda hazırda bizim manatlar uçuşur, oranın sakinləri heyranlıqla bu ölümsüz valyutanı seyr edirlər. Ya da institutun direktoru mələyin uçma sürətini tapan məşhur əməkdaşına çoxlu pul ayırıb, nəticədə bunlar əlbir olaraq mələyi tutub direktorun bağında işlətmişlər? Nə biləsən... Hesablama Palatası da gərək milləti bu cür nigaran qoymasın, oxu atıb yayı gizlətməsin, yeyinti konkret nə cür olub, bizə desin.
Bütün pullu məmurları “Naz-Lifan” maşını almağa səsləmişdilər, elə bundan sonra Naxçıvandakı o palatka-zavod dayandı. Çünki devalvasiya olmuşdu, Çindən hissələri gətirib orda yığmaq artıq sərf eləmirdi. İndi isə dejavyu xəbər oxudum: İranın “İran Khodro” şirkəti ilə birgə Neftçalada avtomobil zavodu tikəcəklər. Bunu niyə təkrar yaşayırıq, bilməyənlərə izah edim. Vaxtilə “Evsen Qrup” adlı şeyxin qohumları Şamaxıda elənçik bir sex açmışdılar, “Azsamand” adıyla eynilə bu maşınlardan qayırırdılar. O da bütün hissələri İrandan gələn yığma sexi idi. Bir-iki il maşın düzəltdilər, sonra Əli Evsen müəllimin beynəlxalq problemləri çıxdı, hətta bir ara hansısa ölkədə İnterpol həbs etmişdi, bundan sonra Şamaxı “zavodu”nun da eşşəyi öldü.
Əgər həmin maşınları bu dəfə Neftçalada, növbəti illərdə isə sıra ilə başqa rayonlarımızda yığsaq, Azərbaycan dünya maşınqayırma sənayesinin flaqmanı olmazmı? Hətta vaxtdan səmərəli yararlanıb korpusunu indidən Neftaçalada, təkərlərinin hərəsini isə Salyan, Sabirabad, Cəlilabad, Biləsuvarda üstünə bağlasaq, bütöv regionumuz maşınqayırma vadisi kimi hesabatlara düşər, almanlar bizə həsəd aparar, Almaniya daha sürətlə dağılar.
08.08.2016, 10:13
521
baxış
Zamin Hacı
Maşınqayırma vadisi