Dörd il qabaq siqareti tərgitdim, o vaxtdan burnumdakı iybilmə reseptorları da 23 illik his-pasdan, qurumdan təmizləndi, Azərbaycanın qoxularını təzədən duymağa başladım. Bu qədər müddət burnumun ucundan iysiz-ətirsiz keçib getmişdi.
Ancaq çox şad olduğumu da deyə bilmərəm. Xüsusən Bakının pis iylər verən şəhər olmasını kəşf etməyim kədərlidir. Dünənə qədər xoş əhvalla keçdiyim küçələrin əslində kif iyi verdiyini anlayıram. Yay aylarında ventilyasiyasız metromuzdan, yağlı tər basmış avtobuslarımızdan diksinirəm. Susuz, kasıb xalqımızın öz gigiyenasına diqqət ayıra bilmədiyini görüb sıxılıram.
Eyni zamanda, bir çox iylərin aldadıcı olmasını da anlayıram. Bu, xüsusən ərzaq məhsullarına aiddir. Ərzaq idxalı və istehsalını tamamilə inhisarına alan hakimiyyət burada millətə istədiyi zir-zibili qızılgül adıyla sırıya bilir. Hətta bunu gizlətmirlər də! Məsələn, dükanlarda yağ satırlar, tərkibi guya qarğıdalı və günəbaxandır, ancaq özü KƏRƏ ƏTİRLİDİR! (Fərqləndirmə mənimdir - Z.H.) Yaxşı, ironik ad da qoyublar: “Möcüzə” yağları. Doğrudan da bir millətə bitki yağını kərə ətri ilə sırımaq möcüzə olmalıdır. Soruşan yoxdur ki, bu kərə ətrini bu yağa hansı maddə verir. Bilmirsinizsə yazım: bu “kərə yağı ətri” diasetil adlı maddə sayəsində alınır. Diasetil Amerika və Avropanın bir çox ölkələrində qida maddələrinə ehtiyatla əlavə edilməsi məsləhət görülən, bəzi yerlərdə isə ümumiyyətlə qadağan edilən aromatizatordur. Səbəb isə odur ki, bu tip yağlarda uzun müddət popkorn istehsal edib satan bəzi ticarətçilərdə bronx xəstəlikləri yaranıbmış.
Saxta hər şeydən zəhləm gedir. İstər kərə ətri verən yağ olsun, istər demokratiya qoxulu diktatura. Təbii və səmimi olmaq lazımdır. Günəbaxan yağı satırsan, buyur, günəbaxan iyi ilə də sat, kim sənə nə deyir ki? Guya 20 ildir bu “möcüzə”lər yox idi, millət üsyana qalxmışdı? Teksunumuzu yeyib, soyamızı yalayıb, soyumuzu artırırdıq. O cümlədən, demokratiya imitasiyası iyrəncdir, sağlığa zərərlidir. Millət bilsə ki, heç bir seçki-zad olmayacaq, qaxılıb oturar xarabasında, bəzi cavanları polis tutub şöbəyə aparmaz. Yoxsa illərdir seçki iyinə gedirik, görürük bülleten dağlayırlar.
Tolerantlıq, dini sabitlik qoxuları da bunun bir təzahürüdür. Guya istənilən dindara azadlıq var, ancaq rəsmi şəkildə dindarlara yürüş keçirməyi qadağan elədilər, hətta şeyxdən bu yöndə fətva aldılar. İnsanların konstitusion hüququ var, onlar istədikləri temada, qanunu pozmadan, başqalarına mane olmadan sərbəst toplaşmaq, küçə yürüşü keçirtmək haqqı qazanıblar. Haçan qazanıblar, onu da yaza bilərəm: SSRİ-ni dağıdanda, yüzlərlə insanı qurban verəndə! Biz müstəqilliyi həm də küçə yürüşləri, azad toplaşmaq üçün istəyirdik. Azadlıqlar olmayan müstəqillik nəyimizə lazımdır? Azadlıq olmayan “azadlıq”ı neynirik? Bir ata sözündə deyilən kimi: “Ortasına dəymə, qırağından kəsmə, doğra, doyunca ye”. Yeyirik. Hətta azadlığın bolluğundan bəzən qarın ağrısına düşürük.
“Bizdə tarixən məhərrəmlikdə yürüş olmayıb” - demaqoqiyası da hökumətin acizliyinin əlamətidir. İnsan hüquqları var, mən tarixi neynirəm? Ona qalsa bizdə tarixən padşah xoşu gəlməyənləri şaqqalayıb şəhər darvazasından asırdı. Bunu da edin, tam tarixi olsun.
Yürüşə normal yer ayır, təhlükəsizliyini təmin elə. Dövlətin işi budur. Dövlət “bu temada yürüş məsləhətdir, o biri yox” deyə bilməz. Daha doğrusu, azad dövlət deyə bilməz. Totalitarsan, buyur, de. Ancaq başqa dona girmə. Öz iyini ver.
Dünən eşitdim: polislər “Sədərək” yarmarkasında bir dükana basqın edib “Ya Hüseyn” yazılan köynəkləri müsadirə eləyiblər. Bu indi metoddurmu? Yaxana qanunla qadağan edilməmiş dini liderinin adını yazdırmaq olmazmış. Ancaq misal üçün, “YAP-la irəli”, “Davamlı inkişaf”, “ASAN-xidmət”, “Sexy girl” yazılı tişortlar geyməyə heç bir qadağan yoxdur.
Bu işlərdən heç yaxşı iy gəlmir, xəbəriniz olsun.
10.10.2016, 09:27
277
baxış
Zamin Hacı
Kərə ətirli demokratiya