Medianews.az
Bu ölkədə edam cəzası <span style=color:red>tələb edildi
393 baxış

Bu ölkədə edam cəzası tələb edildi

“Rusiya Veteranları” ictimai hərəkatı pedofillər və terrorçular üçün edam cəzasına qoyulan moratoriumun ləğvi məsələsini yenidən gündəmə gətirib. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüskarlar hesab edirlər ki, bu, təkcə cəza tədbirlərindən biri deyil, milli təhlükəsizlik məsələsidir. “Biz görürük ki, cəmiyyət bu cür cinayətkarlara qarşı daha sərt tədbirlər tələb edir”, - hərəkatın sədri İldar Rezyapov bildirib. O əlavə edib ki, fəallar ölkədə təhlükəsiz gələcəyi birlikdə qurmaq üçün konstruktiv dialoqa hazırdırlar. Rezyapov həmçinin xatırladıb ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm hökmünün qaytarılmasının tərəfdarıdır.  

Bizə qoşulun